BAKI, 22 iyun. TELEQRAF

İspaniya təmsilçisi “Barselona”nın qapıçısı İnyaki Penya karyerasını Yunanıstanda davam etdirəcək

Teleqraf “Marca”ya istinadən xəbər verir ki, 27 yaşlı qolkiperin transferi ilə bağlı Kataloniya təmsilçisi tam razılığa gəlib.

Penyanın "Afina"ya keçidinin yaxın vaxtlarda rəsmiləşdirilməsi gözlənilir. Tibbi müayinələrin bu gün keçirilməsi planlaşdırılır. Futbolçu ilə 3 illik müqavilə imzalanacaq.

“Barselona” bu satışdan təxminən 3 milyon avro gəlir əldə edəcək.

Qeyd edək ki, “Barselona” akademiyasının yetirməsi olan İnyaki Penya əsas komandada 45 oyuna çıxıb, 64 qol buraxıb və 10 matçda qapısını toxunulmaz saxlayıb.

Penya ötən mövsümü icarə əsasında “Elçe”də keçirib. Onun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.