BAKI, 23 iyun. TELEQRAF
“Livan məsələsinin ABŞ-İran danışıqlarına daxil edilməsi səhvdir”.
Teleqraf xəbər verir ki, bunu İsrail Prezidenti İsxaq Hersoq deyib.
“Livanla saziş sabah imzalana bilər, orada ərazi ilə bağlı heç bir mübahisə yoxdur. Beynəlxalq ictimaiyyətə təkrar edirəm: “Hizbullah” terror təşkilatı buna mane olur, İranın Livan-İsrail sülh prosesinə daxil edilməsi ciddi səhvdir”, - o bildirib.
Prezident danışıqların bu aspektinin İsraili narahat etdiyini, bunu ABŞ-yə çatdırıldığını vurğulayıb.
Qeyd edək ki, ABŞ-İran anlaşma memorandumunun 13-cü bəndi İsrail qoşunlarının Livanın cənubundan çıxarılması, hərbi əməliyyatların dayandırılması və tərəflər arasında atəşkəsin elan edilməsi ilə bağlıdır. İsrail bunu rədd edib.