BAKI, 23 iyun. TELEQRAF
2026-cı il dünya çempionatında çıxış edən Braziliya millisinin futbolçusu Rafinyanın son durumu bəlli olub.
Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, zədəli vinger mundialın pley-off mərhələsinə qədər yaşıl meydanlara qayıtmaq şansı var.
"Barselona"nın futbolçusu bərpa prosesini uğurla başa vuracağı təqdirdə, dünya çempionatının 1/8 final oyunlarında komandasına kömək edə bilər.
Xatırladaq ki, Rafinya qrup mərhələsinin II turunda Haiti üzərində 3:0 hesablı qələbə ilə başa çatan qarşılaşmada bud nahiyəsindən zədə almışdı.
Qeyd edək ki, iki turdan sonra 4 xalı olan Braziliya millisi qrupuna liderlik edir. Karlo Ançelottinin rəhbərlik etdiyi komanda son turda Şotlandiya ilə üz-üzə gələcək.