BAKI, 23 iyun. TELEQRAF
"Qalatasaray" "Mançester Yunayted"in kapitanı Bruno Fernandesin transferindən imtina edib.
Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb həm İngiltərə klubunun tələb etdiyi yüksək transfer məbləği, həm də futbolçunun maaş istəyi olub.
Məlumata görə, "Mançester Yunayted" portuqaliyalı yarımmüdafiəçinin keçidi üçün 50 milyon avro tələb edib. Bruno Fernandes isə illik 21 milyon avro maaş istəyib.
İstanbul təmsilçisi bu şərtləri qəbul etmədiyi üçün danışıqları dayandırıb. Bununla belə, "Qalatasaray" rəhbərliyi transfer haqqını 25-30 milyon avro səviyyəsinə endirmək və futbolçunun maaş tələbində güzəştə getməsi halında danışıqlara yenidən başlamağı nəzərdən keçirir.
Hazırda "Qalatasaray"ın ən çox maaş alan futbolçusu Viktor Osimhendir. Nigeriyalı hücumçu illik 21 milyon avro qazanır.