BAKI, 22 iyun. TELEQRAF

2026-cı il dünya çempionatının qrup mərhələsinin 2-ci turunda keçiriləcək Fransa və İraq yığmaları arasındakı qarşılaşmanın baş tutması təhlükə altındadır.

Teleqraf “RMC Sport”a istinadən xəbər verir ki, Filadelfiyada matç günü əlverişsiz hava şəraiti - güclü ildırım və leysan yağışları gözlənilir.

Bu səbəbdən görüşün keçirilməsinə maneə yarana bilər.

Fransa və İraq arasında oyun iyunun 23-də “Linkoln Financial Field” stadionunda baş tutmalıdır. Qarşılaşmanın başlanma vaxtı Bakı vaxtı ilə 23:00-dır.

Qeyd edək ki, ilk turda Fransa Seneqala 3:1 hesabı ilə qalib gəlib, İraq isə Norveçə 1:4 hesabı ilə məğlub olub. 3-cü turda Fransa Norveçlə (27 iyun), İraq isə Seneqalla (26 iyun) qarşılaşacaq.