BAKI, 23 iyun. TELEQRAF

Azərbaycan nümayəndə heyəti Polşanın Qdansk şəhərində keçiriləcək "Ukraynanın Bərpası Konfransı"nda (URC 2026) iştirak edəcək.

Teleqraf xəbər verir ki, bu barədə məlumat "Ukraynanın Bərpası Konfransı"nın rəsmi saytında yer alıb.

Konfransda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun iştirakı gözlənilir.

Qeyd edək ki, iyunun 25-26-da keçiriləcək tədbir Ukraynanın bərpasına beynəlxalq dəstəyin gücləndirilməsi, habelə ölkənin iqtisadiyyatının və infrastrukturunun yenidən qurulması üçün investisiyaların cəlb edilməsi məqsədi daşıyır.