BAKI, 23 iyun. TELEQRAF
Serbiya millisinin hücumçusu Duşan Vlahoviç karyerasını "Yuventus"da davam etdirə bilər.
Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubunun rəhbərliyi 25 yaşlı forvarda yeni müqavilə təklif edib.
Məlumata görə, təklif bir illik müqavilə uzadılmasını nəzərdə tutur. Sözləşməyə bonuslarla birlikdə mövsümə təxminən 8 milyon avro əməkhaqqı daxil edilib.
Vlahoviçin "Yuventus"la hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.
Daha əvvəl Türkiyənin "Fənərbağça" və "Beşiktaş" klublarının da serbiyalı hücumçunun xidmətində maraqlı olduğu bildirilirdi.
Duşan Vlahoviç 2022-ci ilin yanvarından "Yuventus"un formasını geyinir. O, ötən mövsüm bütün turnirlərdə 23 oyuna çıxaraq 10 qol vurub və 2 məhsuldar ötürmə edib.