BAKI, 23 iyun. TELEQRAF

İran İsveçrənin Bürgenştok şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) nüvə obyektlərinə dair yeni yoxlamalarla bağlı heç bir müzakirə aparmayıb.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi brifinq zamanı bildirib.

"AEBA-nın baş direktoru Rafael Qrossi ilə heç bir görüşümüz olmayıb. Həmçinin agentliyin ABŞ və İsrailin zərbələrinə məruz qalan obyektlərimizdə yeni yoxlamalar aparması məsələsini müzakirə etməmişik", - o qeyd edib.

Xatırladaq ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bundan əvvəl İranın AEBA müfəttişlərinin nüvə obyektlərinə baş çəkməsinə razı olduğunu açıqlamışdı.