BAKI, 23 iyun. TELEQRAF
Rusiya ABŞ və İran arasında əldə olunan atəşkəs razılaşmasını müsbət qiymətləndirərək, danışıqların səmərəli olacağına ümid edir.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
O vurğulayıb ki, Moskva sözügedən danışıqlar prosesində fəal iştirak etməli və sülhün bərqərar olması üçün konstruktiv töhfə verməlidir.