BAKI, 26 oktyabr. TELEQRAF

İngiltərənin “Liverpul” klubu Məhəmməd Salahın əvəzinə iki Premyer Liqa oyunçusunu nəzərdən keçirir.

Teleqraf “Football Insider”ə istinadən xəbər verir ki, buna səbəb 33 yaşlı oyunçunun klubdakı gələcəyi ilə bağlı qeyri-müəyyənlikdir.

“Mersisaydlılar” “Bornmut”un hücumçusu Antuan Semenyo və “Nyukasl”ın vingeri Entoni Qordonu Salahın mümkün varisləri kimi dəyərləndirirlər. Hazırda bu yöndə rəsmi addım atılmayıb.

Qeyd edək ki, cari mövsümdə Semenyo 9 matçda 6 qol və 3 assist, Qordon isə 10 oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.