BAKI, 24 oktyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasının IX turunun ilk oyun günündə “Kəpəz” və “İmişli” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Kamal Umudlunun idarə etdiyi qatşılaşmada qolları Luis Silvestr (45+3), Dioqo Almeyda (60) və Rafael Vieqaş (83) vurublar.
Matçın 28-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Məhəmməd Hüseynov kobud davranışına görə birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Bu nəticədən sonra
Jorj Kaşkilyanın rəhbərlik kollektiv 12 xalla turnir cədvəlində 7-ci sırasına yüksəlib, 3 xalı olan Azər Bağırovun komandası isə 12-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, tura oktyabrın 26-da yekun vurulacaq.