BAKI, 24 oktyabr. TELEQRAF
Bu gün Azərbaycan Premyer Liqasında IX tura start veriləcək.
Teleqraf xəbər verir ki, ilk gündə iki qarşılaşma baş tutacaq.
Günün birinci matçında Şamaxı şəhər stadionunda "Karvan-Yevlax" "Turan Tovuz"u qəbul edəcək. Kurban Berdıyevin kollektivi hazırda 15 xalla turnir cədvəlinin 2-ci, Azər Həşimovun komandası isə 5 xalla 11-ci pilləsində qərarlaşıb.
“Kəpəz” isə Qəbələ şəhər stadionunda "İmişli"ni qəbul edəcək. İmişli klubu 9 xalla turnir cədvəlinin 8-ci, gəncəlilər isə 3 xalla 12-ci yerindədir.
Qeyd edək ki, turun digər oyunları 25-26 oktyabrda baş tutacaq.
Azərbaycan Premyer Liqası, IX tur
24 oktyabr
14:30. “Karvan-Yevlax”– “Turan Tovuz”
Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Kərim Zeynalov, Əli Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Şamaxı şəhər stadionu
17:00. “Kəpəz” – “İmişli”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov
VAR: Cavid Cəlilov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Qəbələ şəhər stadionu