BAKI, 22 oktyabr. TELEQRAF

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun "Atletik Bilbao" (İspaniya) - "Qarabağ" oyunu başa çatıb.

Teleqraf xəbər verir ki, “San Mames” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xorvatiyadan olan baş hakim İqor Payaçın idarə etdiyi görüşdə qolları Leandro Andrade (46); Qorka Quruseta (40; 88), Robert Navarro (70) vurublar.

***
22:34

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun "Atletik" (İspaniya) - "Qarabağ" oyununda dördüncü qol vurulub.

Teleqraf xəbər verir ki, San Mames” stadionunda keçirilən qarşılaşmanın 88-ci dəqiqəsində Qorka Quruseta “dubl” edib.

***
22:16

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda “Atletik Bilbao” (İspaniya) - “Qarabağ” görüşündə ikinci qol vurulub.

Teleqraf xəbər verir ki, “San Mames” stadionunda keçirilən qarşılaşmanın 70-ci dəqiqəsində Robert Navarro fərqlənib.

Xorvatiyadan olan baş hakim İqor Payaçın idarə etdiyi görüşdə ispanlar 2:1 hesabı ilə öndədir.

***
21:49

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun “Atletik Bilbao” (İspaniya) - “Qarabağ” görüşündə ikinci hissə başlayıb.

Teleqraf xəbər verir ki, “San Mames” stadionunda keçirilən qarşılaşmada hesab 1:1-dir.

Görüşün ilk dəqiqəsində Ağdam klubun üzvü Leandro Andrade hesabı açıb. 40-cı dəqiqədə isə meydan sahiblərinin oyunçusu Qorka Quruseta bərabərlik qolunun müəllifi olub.

***
21:35

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun “Atletik Bilbao” (İspaniya) - “Qarabağ” görüşündə ilk hissə başa çatıb.

Teleqraf xəbər verir ki, “San Mames” stadionunda keçirilən qarşılaşmada hesab bərabərdir - 1:1.

Görüşün ilk dəqiqəsində Ağdam klubunun futbolçusu Leandro Andrade hesabı açıb. 40-cı dəqiqədə isə meydan sahiblərinin oyunçusu Qorka Quruseta bərabərlik qolunun müəllifi olub.

****
21:28

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun “Atletik Bilbao” (İspaniya) - “Qarabağ” görüşündə hesab bərabərləşib.

Teleqraf xəbər verir ki, “San Mames” stadionunda keçirilən qarşılaşmanın 40-cı dəqiqəsində meydan sahiblərinin oyunçusu Qorka Quruseta fərqlənib.

Baş hakim İqor Payaçın idarə etdiyi görüşdə ilk qolu Leandro Andrade vurub.

****
20:50

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun “Atletik Bilbao” (İspaniya) - “Qarabağ” görüşündə hesab açılıb.

Teleqraf xəbər verir ki, “San Mames” stadionunda keçirilən görüşün 1-ci dəqiqəsində Ağdam klubunun oyunçusu Leandro Andrade hesabı açıb.

***
20:45

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun “Atletik Bilbao” (İspaniya) - “Qarabağ” görüşü start götürüb.

Teleqraf xəbər verir ki, “San Mames” stadionunda keçirilir.

Matçı xorvatiyalı baş hakim İqor Payaç idarə edir.