Dövlət Proqramı çərçivəsində əsas məqsəd subsidiyaların əlçatanlığını təmin etmək və tətbiq olunan sahələri, məhsulları genişləndirməkdir. Burada hədəf subsidiya alan fermerlərin sayını artırmaqdan çox ümumiyyətlə subsidiyaların səmərəliliyini artırmaqdır. Yeni alətlər məhz bu effektivliyə xidmət edəcək.

Bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Qaxda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirə çərçivəsində Teleqraf-ın yerli bürosunın sualına cavabda deyib.

Onun sözlərinə görə, nəticədə subsidiyadan yararlanan fermerlərin sayı çoxalacaq.

"Heyvandarlıq sahəsinin həcmi böyüyəcək, heyvandarlıq istiqamətində dövlət dəstəyindən yararlanan fermerlərin sayında da təbii artım müşahidə olunacaq. Bu, ümumilikdə subsidiyanın əlçatanlığı və genişlənməsinə xidmət edəcək", - deyə qeyd edib.