BAKI, 23 iyun. TELEQRAF

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iyulun 8-9-da Belarusa rəsmi səfər etməsi nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, bu barədə Belarusun Baş naziri Aleksandr Turçin jurnalistlərə açıqlamasında bildirib.

Baş nazir səfərin hazırlıq prosesi və Özbəkistana səfərinin yekunları barədə məlumat verib.

O qeyd edib ki, Şavkat Mirziyoyevlə görüşdə ikitərəfli münasibətlərin aktual məsələləri və dövlət başçısının Belarusa səfəri çərçivəsində müzakirə olunacaq gündəlik geniş şəkildə nəzərdən keçirilib.