BAKI, 23 iyun. TELEQRAF

Litva Prezidenti Gitanas Nauseda hökumətin istefasını qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə onun mətbuat xidməti məlumat yayıb.

“Prezident Baş nazir İnqa Ruqinenenin kabinetinin istefasını qəbul edib və hökumətə yeni kabinet formalaşana qədər öz vəzifələrini yerinə yetirməyi tapşırıb”, - məlumatda deyilir.

Dövlət başçısı 15 gün ərzində Seymə (parlament) baş nazirliyə namizəd irəli sürməlidir. Hakim çoxluq Litva Sosial-Demokrat Partiyasının (SDPL) lideri Mindauqas Sinkeviçusu bu vəzifəyə namizəd göstərib. Seym prezidentin namizədini qəbul edərsə, təyin olunmuş baş nazir növbəti 15 gün ərzində öz kabinetinin tərkibini və hökumət proqramını parlamentə təqdim etməlidir.

Xatırladaq ki, hakim koalisiyadakı dəyişikliklər səbəbindən Baş nazir və bütün hökumət istefa verməyə məcbur olub. Koalisiyanı yenidən təşkil etmək məsələsi Litva Sosial-Demokrat Partiyasının iyunun əvvəlində Nemunas Partiyasını populist siyasətdə ittiham edərək onunla əməkdaşlığı dayandırmaq qərarından sonra gündəmə gəlib. Yeni koalisiya tərəfdaşı “Litva üçün Demokratlar” Partiyası olub. Bu dəyişikliklər çərçivəsində hökuməti yenidən qurmaq qərarı verilib.