BAKI, 23 iyun. TELEQRAF

Naxçıvanda Qaracuq magistral kanalının yenidən qurulmasına 13 milyon manatdan çox vəsait ayrılıb.

Teleqraf xəbər verir ki, bununla bağlı “Tikilməkdə olan Obyektlərin Müdiriyyəti” PHŞ açıq tender elan edib.

Müsabiqənin qalibi olacaq şirkətə 13 milyon 467 min 465,08 manat ödəniş ediləcək.

Tenderlə bağlı təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi avqustun 6-na təyin olunub.