BAKI, 15 oktyabr. TELEQRAF

"Kəpəz" daha bir futbolçunun keçidini həll edib.

Gəncə təmsilçisinin mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, "sarı-göylər" Şahmar Aşurovu heyətinə qatıb.

21 yaşlı hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Xatırladaq ki, Aşurov son olaraq "Zirə" klubunun formasını geyinib.