BAKI, 1 oktyabr. TELEQRAF
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Qarabağ” Danimarkanın “Kopenhagen” klubu ilə üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma Ağdam təmsilçisinin 2:0 heasablı qələbəsi ilə yekunlaşıb.
Niderlandlı FIFA referisi Serdar Gözübüyük idarə etdiyi qarşılaşmada ilk qolu 28-ci dəqiqədə Abdillah Zubir vurb. Görüşün 83-cü dəqiqəsində isə Emanuel Addai fərqi artırıb.
Qeyd edək ki, “Qarabağ” daha öncə Portuqaliyanın “Benfika” klubu məğlub etmişdi.
***
22:29
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçirilən “Qarabağ” - “Kopenhagen” oyununda ikinci qolu vurub.
Teleqraf xəbər verir ki, Ağdam təmsilçisinin ikinci qolunun müəllifi 83-cü dəqiqədə Emanuel Addai olub.
Hesabı matçın 28-ci dəqiqəsində Abdullah Zubir açıb.
**
21:49
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçirilən “Qarabağ” - “Kopenhagen” oyununda ikinci hissə başladı.
Teleqraf xəbər verir ki, Ağdam təmsilçisi Abdullah Zubirin qolu sayəsində hesabda öndədir.
***
21:34
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçirilən “Qarabağ” - “Kopenhagen” oyununda birinci hissə başa çatıb.
Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmanın 28-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Abdullah Zubir fərqlənib.
***
21:16
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçirilən “Qarabağ” - “Kopenhagen” oyununda hesab açılıb.
Teleqraf xəbər verir ki, qolu 28-ci dəqiqədə Abdullah Zubir vurub.
****
20:45
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Qarabağ” - “Kopenhagen” oyunu start götürüb.
Teleqraf xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Görüşü niderlandlı FIFA referisi Serdar Gözübüyük idarə edir.




