BAKI, 23 iyun. TELEQRAF

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Ankaranın Azərbaycandakı səfiri Birol Akgünlə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Numan Kurtulmuş "X" platformasında məlumat verib.

"Azərbaycandakı rəsmi təmaslarımız çərçivəsində Bakıdakı səfirliyimizi ziyarət edərək səfir Birol Akgündən görülən işlər barədə məlumat aldıq. Missiyamızda fəaliyyət göstərən əməkdaşlarımıza işlərində uğurlar arzulayıram",- deyə paylaşımda qeyd edilib.