BAKI, 23 iyun. TELEQRAF
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında paylaşım edilib.
Nazir diplomatı Türkiyə Respublikasındakı diplomatik fəaliyyət müddətinin başa çatması münasibətilə qəbul edib.