BAKI, 23 iyun. TELEQRAF
Gəncədə moped sürücüsü qəzada ölüb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
"Land Cruser" markalı avtomobil yolla hərəkət edən mopedə çırpılıb. Hadisə zamanı moped sürücüsü aldığı ağır bədən xəsarətlərindən yerindəcə vəfat edib. İlkin məlumata görə, qəzada ölən 2004-cü il təvəllüdlü sürücü Amin İsmayılov kuryer işləyirmiş.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.