BAKI, 23 iyun. TELEQRAF

Futbol üzrə dünya çempionatında Portuqaliya Özbəkistan üzərində 5:0 hesabı ilə qələbə qazanıb.

Teleqraf xəbər verir ki, qarşılaşmada Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldu altı dünya çempionatında qol vuran ilk futbolçu kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.

***

22:51

Futbol üzrə dünya çempionatının Portuqaliya - Özbəkistan matçında beşinci qol vurulub.

Teleqraf xəbər verir ki, Portuqaliya 5:0 hesabla Özbəkistanı üstələyir.

Qarşılaşmanın 87-ci dəqiqəsində Rafael Leao üstünlüyü beşə çatdırıb.

***

22:24

Futbol üzrə dünya çempionatının Portuqaliya - Özbəkistan oyununda ikinci hissədə top fərqi dördə çatıb.

Teleqraf xəbər verir ki, matç Portuqaliyanın 4:0 üstünlüyü ilə davam edir.

60-cı dəqiqədə Özbəkistanın millisinin oyunçusu Abdulkodir Xusanov avtoqola imza atıb.

***

21:39

Futbol üzrə dünya çempionatının Portuqaliya - Özbəkistan matçında üçüncü qol vurulub.

Teleqraf xəbər verir ki, Kriştiano Ronaldu dubl edib.

***

21:31

Portuqaliya-Özbəkistan qarşılaşmasında Azizcon Caniyevin 29-cu dəqiqədə vurduğu qol qayda pozuntusuna görə qeydə alınmayıb.

***

21:18

Futbol üzrə dünya çempionatının Portuqaliya - Özbəkistan oyununda iki qol vurulub.

Teleqraf xəbər verir ki, Portuqaliya yığması 2:0 hesabı ilə önə keçib.

Kriştiano Ronaldu 6-cı dəqiqədə hesabı açıb. Nuno Mendeş 17-ci dəqiqədə fərqi ikiyə çatdırıb.

***

21:00

Futbol üzrə dünya çempionatının Portuqaliya - Özbəkistan oyunu başlayıb.

Teleqraf xəbər verir ki, K qrupunun II turunun matçı Hyuston stadionunda keçirilir.

Qarşılaşmanı mərakeşli FIFA referisi Calal Cayed idarə edir.