BAKI, 1 oktyabr. TELEQRAF

Azərbaycan II Liqasında çıxış edən "Şəki Siti" komandasının icraçı-direktoru Elgün Hüseynov altı ay futbolla bağlı fəaliyyətdən məhrum edilib.

Teleqraf xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar verib.

Buna səbəb bəzi futbolçuların sənədlərini düzgün təqdim etməməsidir.