BAKI, 30 sentyabr. TELEQRAF
“Məqsədimiz qalib gələrək, 3 xal qazanmaqdır”.
Teleqraf xəbər verir ki, bu sözləri Danimarka təmsilçisi “Kopenhagen”in baş məşqçisi Yakob Neestrup UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Qarabağ”la Bakıda keçiriləcək oyundan öncə mətbuat konfransında deyib.
37 yaşlı mütəxəssis qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib: “Ot örtüye daha yaxşı ola bilərdi. Amma bu, bixim üçün bəhanə deyil. İdeal deyil. Daha yaxşı ola bilərdi”.
Bir qədər tez gəldik ki, uyğunlaşaq. Səfər yaxşı alındı. Sabah hazır olacağıq.
Neestrup oyunun gərgin keçəcəyini istisna etməyib: “Rəqibə hörmətlə yanaşırıq. Çempionlar Liqasında bütün komandalar güclüdür. Şərtlər hər iki komanda üçün bərabərdir. Onlar bura gəlib çıxmaq üçün uzun yol qət ediblər. "Ferensvaroş" kimi klubu keçmələri çox şeydən xəbər verir. Onlar yaxşı futbol oynayırlar. "Qarabağ"ın güclü hücumçuları, eləcə də mərkəz müdafiəçiləri var”.
Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Niderlandlı hakim Sərdar Gözüböyünün idarə edəcəyi qarşılaşma saat 20:45-də start götürəcək.