BAKI, 15 sentyabr. TELEQRAF

"Lənkəran" Azərbaycan millisinin daha bir basketbolçusunu heyətinə qatıb.

Teleqraf xəbər verir ki, söhbət U-18 millinin şərəfini qorumuş və hazırda U-20-nin üzvü olan Hüseyin Əsgərlidən gedir.

194 sm boya malik olan Əsgərli hücumçudur. O, bundan əvvəl "Sərhədçi" və "Şəki" komandalarının formasını geyinib.

Qeyd edək ki, "Lənkəran" buna qədər Aydın İbrahimov, Azər Əzimov, Pərviz Mirzəyev, Raşed Dyso,Teron Montqomery, Nmeso Nnebedum və Akit Çoudhari transferlərini həyata keçirib.