BAKI, 8 sentyabr. TELEQRAF
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasını Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bolqarıstan yığması ilə oyuna çıxaracaq məşqçinin adı açıqlanıb.
Teleqraf xəbər verir ki, yığmanı qarşılaşmaya Ayxan Abbasovun köməkçisi Elnur Çodarov çıxaracaq.
Ayxan Abbasov isə əsas millini DÇ-2026-nın seçmə mərhələsində sabah Ukrayna yığması ilə Bakıda keçiriləcək qarşılaşmaya çıxaracaq.
Qeyd edək ki, sentyabrın 9-da “Liv Bona Dea Arena”da keçiriləcək görüş saat 18:00-da başlanacaq.
Milli 4 gün öncə Ayxan Abbasovun rəhbərliyi altında Portuqaliyaya səfərdə 0:5 hesabı ilə uduzub.