BAKI, 24 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Tehranın dondurulmuş aktivlərindən təxminən 500 milyon dolların Amerikadan İran üçün ərzaq məhsullarının alınmasına sərf olunacağını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ lideri ilə danışan “Fox News”un jurnalisti Trey İnqst məlumat verib.
“Prezident Tramp “Fox News”a deyib ki, ilkin razılaşma İran xalqı üçün təxminən 500 milyon dollar dəyərində Amerika mallarının alınması ilə bağlıdır”, - o qeyd edib.