BAKI, 24 iyun. TELEQRAF
“Neftçi” 2026-cı il yay transfer dönəmində sayca üçüncü keçidini rəsmiləşdirib.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, qvineyalı müdafiəçi Endryu Qravilyon “ağ-qaralar”ın yeni üzvüdür.
28 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. O, 55 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, zəngin karyeraya malik olan Qravilyon İtaliya, Fransa və Türkiyə liqalarında oynayıb. O, Qvadelupa milli komandasının heyətində 19 matça çıxıb, 2 qol vurub.