BAKI, 24 iyun. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və özbəkistanlı həmkarı Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, dövlət başçıları Qazaxıstan Prezidentinin Özbəkistana səfərinin yekunlarına dair əldə olunmuş razılaşmaların icrasını müzakirə ediblər.

Söhbət zamanı liderlər, həmçinin regional və beynəlxalq gündəliyə dair fikir mübadiləsi aparıb, qarşıdan gələn birgə tədbirlərin qrafikini nəzərdən keçiriblər.