BAKI, 24 iyun. TELEQRAF

Bəzi bankların müştərilərinin kart hesablarında baş vermiş hal banklararası hesablaşma fayllarının emalı zamanı Azerikard-dan asılı olmayan texniki səbəbdən yaranmış təkrarlanmalarla bağlı baş verib.

Teleqraf xəbər verir ki, bu barədə "Azericard" MMC məlumat yayıb.

Bildirilib ki, təkrarlanmış əməliyyatlar ləğv edilir və hesablar mərhələli şəkildə bərpa olunur:

"Məsələnin yaxın vaxtlarda tam həll ediləcəyi gözlənilir".