HAMBURQ, 24 iyun. TELEQRAF
AZAL-ın Almaniyanın Hamburq şəhərindəki “Airbus” zavodundan qəbul etdiyi ilk “Airbus A321neo” təyyarəsinin Bakıda rəsmi qarşılanma mərasimi sabah keçiriləcək.
Teleqraf xəbər verir ki, yeni nəsil hava gəmisinin istismara qəbul olunması münasibətilə təşkil ediləcək tədbirdə dövlət qurumlarının, aviasiya sektorunun nümayəndələrinin, eləcə də media təmsilçilərinin iştirakı gözlənilir.
Mərasim çərçivəsində təyyarənin təqdimatı keçiriləcək, onun texniki imkanları barədə məlumat veriləcək və rəsmi qəbul prosedurları həyata keçiriləcək.
Qeyd edək ki, “Airbus A321neo” AZAL tarixində istismara qəbul edilən ilk bu tip təyyarədir. Yeni hava gəmisi daha az yanacaq sərfiyyatı, aşağı karbon emissiyası və uzun uçuş məsafəsi ilə seçilir.
Təyyarə bir neçə saat əvvəl Almaniyanın Hamburq şəhərində yerləşən “Airbus” konserninin Finkenverder istehsalat kompleksində keçirilən mərasimdə Azərbaycan Hava Yollarına təhvil verilib.