BAKI, 24 iyun. TELEQRAF
“ABŞ Maliyyə Nazirliyi İranın dondurulmuş aktivləri sərbəst buraxıldıqdan sonra onların istifadəsinə nəzarət edəcək”.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent deyib.
Nazir bildirib ki, İranın sərbəst buraxılacaq aktivlərinin ilk hissəsi Qətər vasitəsilə əlçatan olacaq və ABŞ rəsmiləri Dohada həmin vəsaitlərin necə xərclənəcəyinə nəzarət edəcəklər.
“İranın sərbəst buraxılmış vəsaitləri ABŞ-dən qarğıdalı, buğda, soya və dərman kimi məhsulların alınmasına yönəldiləcək”, - Bessent əlavə edib.