BAKI, 24 iyun. TELEQRAF

Qəbələ rayonunun İmamlı kəndində ümumi sahəsi 96 m² olan tövlənin yanar konstruksiyaları və 5 ton ot bağlaması yanıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.