BAKI, 6 sentyabr. TELEQRAF

AFFA İcraiyyə Komitəsinin təcili iclası keçiriləcək.

Teleqraf xəbər verir ki, federasiya rəhbərliyi yığmanın İslandiyada qarşılaşdığı ağır məğlubiyyətdən sonra baş məşqçi Fernandu Santuşla yolları ayırmaq qərarına gəlib.

Məlumata görə, qurum rəsmiləri səfərdən qayıdan kimi birbaşa AFFA-nın inzibati binasında toplaşıblar.

İclasda portuqaliyalı baş məşqçi Fernandu Santuşla bağlı iki variant gözlənilir: ya ona tələb olunan məbləğdə təzminat ödənilərək istefaya göndəriləcək, ya da müəyyən şərtlər daxilində əməkdaşlıq davam etdiriləcək.

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu sentyabrın 9-da Bakıda Ukrayna ilə keçirəcək.