BAKI, 6 sentyabr. TELEQRAF

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda İslandiya və Azərbaycan komandaları qarşılaşıb.

Teleqraf xəbər verir ki, Reykyavikdəki "Lauqardalsvöllur" stadionuda keçirilən görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

İslandiya millisinin heyətində 45+2-ci dəqiqədə Viktor Palsson fərqlənib. İsak Berqmann Yohannesson isə 47 və 56-cı dəqiqələrdə dubla imza atıb. Dördüncü qolu 63-cü dəqiqədə Albert Qudmundsson, beşincini isə 73-cü dəqiqədə Kristian Hlinisson Azərbaycan yığmasının qapısından keçirib.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi komanda DÇ-2026-nın seçmə mərhələsində növbəti matçını sentyabrın 9-da Ukrayna millisinə qarşı keçirəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da start götürəcək.

***
00:15

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda İslandiya - Azərbaycan matçında beşinci qol vurulub.

Teleqraf xəbər verir ki, İslandiya yığması fərqi 5:0-a çatdırıb.

73-cü dəqiqədə rəqibin 21 yaşlı futbolçusu
Kristian Hlinisson fərqlənib. Bu, onun millidəki ilk qolu olub.

***
00:12

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda İslandiya - Azərbaycan matçında dördüncü qol vurulub.

Teleqraf xəbər verir ki, İslandiya yığması fərqi 4:0-a çatdırıb.

Rəqibin heyətində 67-ci dəqiqədə Albert Qudmundsson fərqlənib.

****
23:59

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda İslandiya - Azərbaycan matçında üçüncü qol vurulub.

Teleqraf xəbər verir ki, İslandiya yığması fərqi 3:0-a çatdırıb.

Rəqibin heyətində 47-ci dəqiqədə Berqmann Yohannesson 56-cı dəqiqədə fərqlənərək dubla imza atıb.

*****
23:52

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda İslandiya - Azərbaycan matçında ikinci qol vurulub.

Teleqraf xəbər verir ki, İslandiya yığması fərqi 2:0-a çatdırıb.

Rəqibin heyətində 47-ci dəqiqədə İsak Berqmann Yohannesson fərqlənib.

****

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda İslandiya - Azərbaycan matçında ikinci hissə başlayıb.

Teleqraf xəbər verir ki, fasilədən sonra Azərbaycan millisi hesabda 0:1 geridədir.

****
23:33

BAKI, 5 sentyabr. TELEQRAF

Futbol üzrə Azərbaycan milli komandası 2026-cı ildə baş tutacaq dünya çempionatının seçmə mərhələsində ilk oyununu İslandiya yığmasına qarşı keçiririr.

Teleqraf xəbər verir ki, Reykyavikdəki “Lauqardalsvöllur” stadionunda baş tutan matçın ilk hissəsi arxada qalıb.

Qarşılaşmanın 45+2-ci dəqiqəsində rəqib komandanın heyətində Viktor Palsson fərqlənib.

***
22:45

BAKI, 5 sentyabr. TELEQRAF
Futbol üzrə Azərbaycan milli komandası 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində İslandiya yığması ilə qarşılaşır.

Teleqraf xəbər verir ki, oyun Reykyavikdəki “Lauqardalsvöllur” stadionunda keçirilir.

Qarşılaşmanı niderlanddan olan Sander van der Eyk idarə edir.