BAKI, 5 sentyabr. TELEQRAF
Bu gün futbol üzrə Azərbaycan milli komandası 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində İslandiya yığması ilə qarşılaşacaq.
Teleqraf xəbər verir ki, oyun Reykyavikdəki “Lauqardalsvöllur” stadionunda keçiriləcək.
Qarşılaşmanı niderlanddan olan Sander van der Eyk idarə edəcək.
Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi yığma sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda Ukrayna millisini qəbul edəcək. 2024-cü ilin yayından millinin baş məşqçisi vəzifəsini yerinə yetirən portuqaliyalı mütəxəssis hələ qələbə qazanmayıb.
DÇ-2026 seçmə mərhələ
I tur
5 sentyabr
22:45. İslandiya – Azərbaycan
Hakimlər: Sander van der Eyk, Rens Blümink, Stefan de Qroot və Mark Naqteqaal.
VAR: Jerön Mansxot
AVAR: Klay Ruperti əyləşəcək.
Reykyavik, “Lauqardalsvöllur” stadionu