BAKI, 31 avqust. TELEQRAF

Azərbaycan Premyer Liqasının III turunda "Karvan-Yevlax” “Qarabağ”ı qəbul edib.

Teleqraf xəbər verir ki, Şamaxı şəhər stadionunda təşkil olunan oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi görüşün 11-ci dəqiqəsində meydan sahiblərinin üzvü Elvin Yunuszadə avtoqol müəllifi olub. Matçın 72-ci dəqiqəsində “köhlən atlar”ın futbolçusu Emmanuel Addai fərqi bir qədər də artırıb.

Bu qələbə ilə Ağdam komandası ilk 3 xalını qazanıb. Yevlax təmsilçisinin aktivində isə 4 xal var.

Qeyd edək ki, III tura “Sabah” - “İmişli” oyunu ilə yekun vurulacaq.