BAKI, 30 avqust. TELEQRAF

İtaliyanın "Milan" klubu İngiltərə "Çelsi"si və Fransa millisinin futbolçusu Kristofer Nkunkunu transfer edib.

Teleqraf xəbər verir ki, bu barədə "rossoneri"lərin rəsmi saytı məlumat yayıb.

27 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

"Milan" Nkunkunun keçidi üçün qarşı tərəfə 35 milyon avro ödəyib.

Qeyd edək ki, Kristofer Nkunku 2023-cü ilin yayından "Çelsi"nin şərəfini qoruyurdu. O, London təmsilçisi ilə bütün turnirlərdə 62 oyun keçirib, 18 qol vurub və 5 məhsuldar ötürmə edib.

"Çelsi" "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən biridir.