BAKI, 27 avqust. TELEQRAF
İngiltərənin "Nottingem Forest" klubu İtaliya "Yuventus"unun futbolçusu Nikola Savonanın transferində maraqlıdır.
Teleqraf xəbər verir ki, bu barədə "Sky Sport Italia" məlumat yayıb.
Mənbənin məlumatına görə, Turin təmsilçisi İngiltərə klubunun 22 yaşlı müdafiəçi üçün göndərdiyi 11 milyon avroluq təklifini geri çevirib.
"Qoca sinyora" Savonanın satışından ən azı 18 milyon avro gəlir əldə etmək istəyir.
Qeyd edək ki, Nikola Savona 2024/25 mövsümündə bütün yarışlarda 40 matçda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun "Yuventus"la müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir.