BAKI, 27 avqust. TELEQRAF

Avqustun 29-da, saat 11:00-da AFFA-nın inzibati binasında Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Mətbuat konfransında milli komandanın DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də Reykyavikdə İslandiya və sentyabrın 9-da Bakıda Ukrayna yığmaları ilə oyunlar üçün heyəti açıqlanacaq.