BAKI, 26 avqust. TELEQRAF
Hücumçu Uqo Ekitike son 50 ildə "Liverpul"un heyətində keçirdiyi ilk üç oyunun hər birində qol vuran ikinci futbolçu olub.
Teleqraf xəbər verir ki, fransalı hücumçu İngiltərə Premyer Liqasının ikinci turunda "Nyukasl"a 3:2 hesabı ilə qalib gəldikləri oyunun 46-cı dəqiqəsində fərqlənib.
23 yaşlı futbolçu daha əvvəl İngiltərə Superkubokunda "Kristal Pelas"la, Premyer Liqanın ilk turunda "Bornmut"la matçlarda da qol vurub.
Ekitikedən əvvəl “Liverpul”da ilk üç matçda qol vuran futbolçu ingilis Daniel Starric olub.
Yada salaq ki, Ekitike yay transfer pəncərəsində "Ayntraxt"dan "Liverpul"a keçib. Futbolçunun İngiltərə klubuna 95 milyon avroya başa gəldiyi bildirilir.