BAKI, 24 avqust. TELEQRAF
Azərbaycan yığma komandasının hücumçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib.
Teleqraf xəbər verir ki, azərbaycanlı forvardın heyətində yer aldığı "Motor Lublin" VI turda səfərədə "Korona"ya 0:2 hesabı ilə uduzub.
Azərbaycan yığmasının üzvü 73-cü dəqiqəsində meydana daxil olub.
Mövsümə uğursuz start verən “Motor Lublin” 5 oyundan 5 xalla 15-ci sırada qərarlaşıb.