BAKI, 20 avqust. TELEQRAF

“Liverpul”un futbolçusu Məhəmməd Salah Peşəkar Futbolçular Assosiasiyasının (PFA) 2025-ci ilin ən yaxşı oyunçusu mükafatını qazanıb.

Teleqraf “Squawka” statistika portalına istinadən xəbər verir ki, misirli İngiltərə çempionatı tarixində bir mövsümdə beş fərdi Premyer Liqa mükafatını qazanan ilk futbolçu olub.

Məlumata görə, Salah 2024/2025 mövsümünün sonunda İngiltərə Premyer Liqasının “Qızıl butsu”nu, çempionatın ən yaxşı pleymeykeri mükafatını, Premyer Liqa, FWA və PFA-da ilin ən yaxşı futbolçusu adını qazanıb.

Qeyd edək ki, İngiltərə çempionatının ötən mövsümündə misirli futbolçu 38 matçda iştirak edib, 29 qol vurub, 18 məhsuldar ötürmə verib.