BAKI, 20 avqust. TELEQRAF

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk komandanın mərkəz müdafiəçisi Karlos Kuesta ilə bağlı fikirlərini bölüşüb.

Teleqraf xəbər verir ki, kolumbiyalı futbolçunun tezliklə Moskva "Spartak"ına keçəcəyi barədə xəbərlər yayılıb.

Türkiyəli mütəxəssis Kuestanın Rusiya klubuna keçəcəyini təsdiqləyib: “Karlos böyük ehtimalla Rusiyaya gedəcək. O, peşəkar və yaxşı insandır. Kuestaya çoxlu təkliflər var. O, Kolumbiya millisinin üzvüdür. Onu heç vaxt pis oyunçu adlandırmaq olmaz”.

Qeyd edək ki, Kuesta 2025-ci ilin fevralından "Qalatasaray"da çıxış edir. 26 yaşlı futbolçunun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.