BAKI, 12 avqust. TELEQRAF

Ermənistan yığmasının və Rusiyanın “Krasnodar” klubunun hücumameyilli yarımmüdafiəçisi Eduard Spertsyan İngiltərənin “Sauthempton” klubuna keçməyə yaxındır.

Teleqraf xəbər verir ki, bu barədə “Armenie Football” portalı sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata görə, 25 yaşlı futbolçu İngiltərə klubunun müqavilə təklifini qəbul edib. Qeyd olunur ki, “Sauthempton”un baş məşqçisi Uill Still Spertsyanı klubun əsas fiquru hesab edir və oyunu erməni oyunçunun üzərində qurmağı planlaşdırır.

“Krasnodar” və “Sauthempton” rəhbərliyinin bu həftə transferi müzakirə etməyi planlaşdırdığı bildirilir. Oyunçunun keçidinin Rusiya klubundan asılı olduğu vurğulanır.

“Transfermarkt” futbolçunun transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Qeyd edək ki, İngiltərənin tanınmış klublarından olan “Sauthempton” ötən mövsüm Premyer Liqanı tərk edib.