BAKI, 6 avqust. TELEQRAF

Azərbaycan Premyer Liqa təmsilçisi "Karvan-Yevlax" növbəti transferini açıqlayıb.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, Yevlax təmsilçisi Uğur Cahangirovu rənglərinə bağlayıb.

24 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Cahangirovun son klubu "Sumqayıt" olub.