BAKI, 24 aprel. TELEQRAF
Avropa İttifaqı hesab edir ki, İranla istənilən sülh müqaviləsi nüvə və raket proqramlarını nəzərə almalıdır.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Kiprdə mətbuat konfransında bildirib.
Fon der Leyen qeyd edib ki, istənilən sülh müqaviləsi İranın nüvə və raket proqramlarını nəzərə almalıdır.
"Həftələrlə davam edən müharibə nüvə silahına malik İranın yarada biləcəyi təhlükəni nümayiş etdirdi", - deyə o əlavə edib.