BAKI, 24 aprel. TELEQRAF

Polşa Baltik dənizi üzərində uçan Rusiyanın iki Su-30 təyyarəsini izləmək üçün F-16 qırıcılarını havaya qaldırıb.

Teleqraf xəbər verir ki, bu barədə Polşa Ordusunun Əməliyyat Komandanlığı məlumat yayıb.

Komandanlıq "X"də yazıb: "24 aprel 2026-cı ildə Polşa Hərbi Hava Qüvvələrinin iki F-16 qırıcı təyyarəsi Baltik dənizi üzərində iki Rusiya Su-30 çoxməqsədli döyüş təyyarəsini müəyyən edib və izləyib".

Polşa hərbçiləri qeyd ediblər ki, Rusiya təyyarələri respublikanın hava məkanını keçməyib.