BAKI, 24 aprel. TELEQRAF
Avropa Şurasının Prezidenti Antonio Kosta Avropa İttifaqının İrana qarşı sanksiyalarının ləğvinin perspektivini görmədiyini bildirib və bu barədə danışmaq üçün hələ tez olduğunu qeyd edib.
Teleqraf xəbər verir ki, Kosta Kiprdə qeyri-rəsmi Aİ sammitindən sonra keçirilən mətbuat konfransında İranın raket proqramının təhlükəsindən danışıb: "Bu barədə danışmaq hələ tezdir. Əvvəlcə əsas məsələləri həll etməliyik və bu, təkcə atəşkəs və nüvə proqramı deyil. Bu, həm də İranın region ölkələrini təhdid edən raket proqramıdır".